15 Yanvar 2018 14:50
4 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yaxın günlərdə paytaxta hava şəraitinin güclü şəkildə dəyişəcəyi gözlənilmir.

Bunu Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, qarın yağması bölgələrdə müşahid olunur: “Amma paytaxtda yaxın günlərdə qar yağması gözlənilmir. Bəzi yerlərdə yağıntılı hava şəraiti müşhidə olunur. Günün ikinci yarsında arabir sulu qara keçmə ehtimalı var. Yanvarın 17-də günorta saatlarında hava açıqlacaq və yağmursuz hava müşahidə olunacaq”.

Gülşad Məmmədova qeyd edib ki, Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu respublika ərazisində hava şəraiti ilə bağlı verdiyi proqnozlar özünü doğruldur:

“Bölgələrə qar yağıb və qar örtüyü əmələ gəlib. Hazırda Bakıda havanın temperaturu gündəlik normadan 2 dəfə aşağıdır”.

Proqnozlar Bürosunun rəsmisi Birləşmiş Ərəb Əmirliyinə qar yağmasını qlobal iqlim dəyişikli ilə əlaqələndirib.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər