17 Yanvar 2018 21:48
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ərzində Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının nəzdindəki 12 regional məntəqə və konsultativ bölmədə 2590 nəfərə xidmət göstərib.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən xəbərə görə, bu barədə Stansiyanın baş həkimi Mirələm Cəlalov deyib.

Məlumata görə, məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım edilib, onlardan 70 faizi hospitalizasiya olunub.

Ötən il ilə müqayisədə hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına kritik vəziyyətdə olan 92 hamilə və zahıya dair 183 çağırış edilib. Onlardan 32-si Bakıya və digər rayonlara köçürülüb. 24 nəfərinə isə telesəhiyyə vasitəsilə məsləhət verilib.

2017-ci ildə ölkəmizdə ilk dəfə təcili və təxirəsalınmaz tibbi xidmətdə telesəhiyyə texnologiyalarının tətbiqi ilə məsafədən videobağlantı vasitəsilə konsultasiyalar həyata keçirilib.

Bu günədək 600-dən çox müraciət telesəhiyyə texnologiyaları vasitəsilə cavablandırılıb, xəstələrə məsafədən vaxtında məsləhətlər verilib.


Müəllif: Şəfiqə Nazimqızı

Oxşar xəbərlər