30 Yanvar 2018 14:37
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin ilk Ay tutulması hadisəsi sabah qeydə alınacaq.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Xıdır Mikayılov Report-a açıqlamasında deyib ki, təbiət hadisəsi yanvarın 31-də saat 15:48:27-də başlayacaq.

Onun sözlərinə görə, tam tutulmanın başlanması saat 16:51:47-də olacaq ki, bu zaman ayın səthi tam tutulacaq: “Proses saat 18:07:51-də sona çatacaq. Tam tutulma hadisəsi 1 saat 16 dəq davam edəcək. Bu müddətdə Ayın səthi tam qaranlıq, yəni, Ay qızarmış formada olacaq”.

Rəsədxana rəsmisi qeyd edib ki, tutulmanın sonu, yəni Ayın səthinin yavaş-yavaş açılmağa başlaması və tutulmanın tam sona çatması prosesi saat 19:11:11-də olacaq: “İlk Ay tutulma hadisəsi Azərbaycan ərazisi üçün saat 18:00-dan etibarən Ay doğduqdan sonra Ayın səthinin aşağı hissədən yavaş-yavaş açılmağa başlaması kimi müşahidə ediləcək. Bu da o deməkdir ki, ilk tutulmanı tam şəkildə Azərbaycanda müşahidə etmək mümkün olmayacaq. İnsanlar bunu Qazaxıstan, Monqolustan və üzü Yaponiyaya doğru şərq istiqamətindəki ölkələrdə görə biləcəklər”.

Qeyd edək ki, ikinci Ay tutulması bu il iyulun 28-də baş verəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər