30 Yanvar 2018 16:03
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib.

Şuradan Teleqraf.com-a verilən məlumata görə, iclasda Azərbaycanda özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında Prezidentin 18 yanvar 2018-ci il tarixli sərəncamına əsasən, Azərbaycanda fəaliyyət göstərən özəl ümumölkə teleradio yayımçılarının “Azerspace-1” peyki və digər vasitələrlə yayım həyata keçirməsinə əlavə dəstək verilməsi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan Milli Televiziya və Radio Şurasına ayrılmış 3.0 (üç) milyon manat vəsaitdən hər bir özəl ümumrespublika televiziya yayımçısına (“Lider TV”, “Xəzər TV”, ATV, ARB TV, “Space TV”) 600 000 (altı yüz min) manat ayrılması barədə qərar qəbul edilib.

İclasda həmçinin “Avto FM” radiosunun ölkə ərazisində geniş miqyaslı yayımının təmin olunması üçün ona yeni tezliklərin ayrılması və “Azerspace-1” peykindən yayımına icazə verilməsi ilə bağlı qərar qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər