Tağı Əhmədov II dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Teleqraf.com-un xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov II dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, T.Əhmədov 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifəsində çalışıb. Hazırda hakim Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir.