17 Fevral 2018 23:42
2 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bürcünə görə insanın necə bir sevgili olduğunu bilmək mümkündür.

Teleqraf.com astroloqların yanaşmasını təqdim edir.

Qoç

Səbirsiz və hirslisiz. Hər seyin tez başa gəlməsini istəyirsiz. Əksər hallarda ilk addımı siz atırsız.

Sizinlə münasibəti davam etdirmək üçün qarşı tərəfin bir yolu var – ehtiyat və hüzurla rəftar etmək...

Buğa

Etibatrlıi, sadiq, risksiz eşqin tərəfdarısız. Sevgilinizin sizə sonsuza qədər bağlı və sadiq qalmasını istəyirsiz.

Eviniz, ailəniz, hətta otağınız sizin üçün son dərəcə önəmlidir. Sakit bir ailə həyatı üçün çalışırsız.

Əkizlər

Həyat sizin üçün hərəkət və uyğunlaşma deməkdir. Danışmaq, paylaşmaq və söhbətləşməyi sevirsiz. Sevgiliniz də sizin kimi gəzməyi və dostluğu sevməlidir.

Eyni zamanda nə etdiyinizə, hara getdiyinizi və kimlə görüşdüyünüzə qarışmamalıdır.

Xərçəng

Səssizliyi, sakitliyi, dərinliyi sevirsiz. Sevgiliniz vicdanlı, anlayışlı olmalıdır. Portnyorunuzun iradəli, etdiyini bilən biri olmasını arzulayırsız.

Bu halda ehtiyac duyduğu romantik dəstəyi, eləcə də sevgini ondan əsirgəməyəcəksiz.

Şir

Daim fəaliyyətdə olan birisiz. Bu səbəbdən özünüzü sevdirməyi bacarırsız. İşığınız, enerjiniz, parıltınızla sevgilinizini özünüzə bağlayayırsız.

Bir film aktrisası və ya aktyoru havasındasınız. Qəlbinizi qırmaq və qürurunuzla oynamaq sizə görə qəbuledilməzdir.

Qız

İncə düşüncəli və çalışqan sevgilisiz. Sevgiliniz üçün hər şeyi etməyə hazırsız. Hər şeyi düşünür, hər problemi özünüz həll edirsiz.

Tərəzi

Eşq və münasibət üçün yaradılmısız. Yanınızda daim sevgilinizin, həyat yoldaşınızın olmasını istəyirsiz.

Ədalət, sevgi, sakitlik sizin üçün önəmlidir. Həyat boyu mükəmməl bərabərlik arzulayırsız.

Əqrəb

Dərin duyğuların bürcüsüz. Zəif insanlara səbriniz yoxdur. Sizin üçün qarşı tərəf sağlam olmalı, sizə rahat həyatı təmin etməlidir.

Oxatan

Həyat dolu insansız. Eşq sizin üçün sonu olmayan bir macəradır. Sevgiliniz sizinlə gəzməli, paylaşmalı, yeni insanlar kəşf etməlidir. Bu halda siz də qarşı tərəf üçün pozitv biri olacaqsız.

Oğlaq

Sizin üçün sevgili olmaq ciddi məsələdir. Sonu bilinməyən münasibət sizlik deyil. Sevgilinizdən və münasibətinizdən ciddilik umursuz. Çətinlikləri birlikdə həll etməlisiz.

Dolça

Sizin üçün sevgilinizə dost, həyat yoldaşı olmaq əsasdır. Hər zaman sevgilinizin yaxşılığını düşünürsüz. Qarşı tərəfədən yeganə gözləntiniz münasibətdə sizi azad buraxmasıdır.

Balıq

Sevdiyiniz üçün hər çey etməyə hazırsız. Özünüzü münasibətlərə həsr edirsiz. Qarşı cins üçün şeirlər, mahnılar yaza bilərsiz.

Sevgiliniz də sizə dəyər verməlidir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər