Mayın 14-də 2030-cu ilədək “Böyük Bakının regional inkişaf planı layihəsi” üzrə ictimai dinləmələr keçiriləcək.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən verilən məlumata görə, layihə üzərində işlər artıq başa çatdırılıb və yekun sənəd razılaşdırılmaq üçün mərkəzi icra hakimiyyəti orqanlarına göndərilib. Sənəd İki ay ərzində Nazirlər Kabinetinə təqdim ediləcək.
Qeyd edək ki, müzakirələr zamanı konstruktiv təkliflər veriləcəyi halda baş plan yenidən işlənə bilər.
Sevinc