2 Mart 2018 12:04
1 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Narkoloji Dispanserdə müalicə alan xəstələr müxtəlif tibb müəssisələrinə köçürülüb.

Bu barədə Teleqraf.com-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Cavid Xəlilov məlumat verilib.

Onun sözlərinə görə, həmin müəssisələrdə təxliyə olunan xəstələrə zəruri tibbi yardım göstərilir.

“Bu yaxınlarda yeni Narkoloji Mərkəzin istifadəyə verilməsi nəzərdə tutulub. 4 korpusdan və 300 çarpayıdan ibarət olacaq müəssisə Sabunçu rayonunun ərazisində yerləşəcək. Yeni Narkoloji Mərkəz müayinə və müalicə işini yüksək səviyyədə qurmaq üçün ən yeni müasir avadanlıqlarla təchiz edilib. Narkoloji asılılıqdan müalicə alan insanlar yeni Mərkəzdə müalicə alacaq”.


Müəllif: Gülxar

Oxşar xəbərlər