6 Mart 2018 11:28
630
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi məktəblərdə şagirdlərdən 8 Mart bayramına görə pul yığılması ilə bağlı məsələyə münasibət bildirib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən ümumitəhsil müəssisələrində şagirdlərdən hər hansı pul vəsaitinin tələb olunması yolverilməzdir.

Məlumatda qeyd edilib ki, 8 mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə məktəblərdə şagirdlərdən pul yığılması faktı olsa, valideynlərin Təhsil Nazirliyinin 146 saylı "Qaynar xətt" xidmətinə müraciət edilməsi (anonim olmadan) tövsiyə olunur.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər