9 Mart 2018 10:09
500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün paytaxtın Bayıl qəsəbəsində içməli suyun verilməsi dayandırılacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərsu ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, şəhərin Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədar bu gün 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar Azərsu ASC abonentlərdən üzr istəyir.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər