Gənc analara səslənirəm, südəmər uşaqlara marketlərdən hazır yeməklər almayın.
Bu sözləri Teleqraf.com-a pediatr Vaqif Qarayev deyib.
Onun sözlərinə görə, son vaxtlar körpələrdə rast gəlinən allergik və mədə-bağırsaq pozğunluqlarının bir səbəbi də hazır qida məhsullarıdır: “Qidanı mütləq özünüz, öz əllərinizlə hazırlayın. Şəkərbura və paxlavanı hazırlamağı bacarmaya bilərsiniz, bundan heç nə olmaz, amma "tərəvəz püresini necə hazırlayım" sualı günümüzdə yaxşı səslənmir. Arada internetin də imkanlarından istifadə edin”.