29 Mart 2018 18:16
719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə Nazirliyi Penitensiar xidmət "Nardaran işi" üzrə həbs edilən Sahil Rzayevin 15 saylı Cəzaçəkmə Müəssisəsində intihara cəhd etməsi ilə bağlı xəbərlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, Report-a açıqlama verən xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov qeyd edib ki, bu barədə yayılan xəbərlər həqiqəti əks etdirmir.

Qeyd edək ki, S.Rzayev 2015-ci il noyabrın 5-də "Müsəlman Birliyi" Hərəkatının sədr müavini Elçin Qasımovun saxlanıldığı Sabunçu Rayon Polis İdarəsinin qarşısında gözləyərkən saxlanılıb və 30 sutka inzibati həbs cəzası alıb. O, Nardaran hadisələrindən sonra yaşadığı Lənkəran şəhərində yenidən saxlanılıb. O və digər şəxslər Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci maddələri ilə (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə ittiham edilib. Məhkəmənin qərarı ilə S.Rzayev 6 il 5 ay 15 gün müddətinə azadlıqdan məhrum edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər