Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.
Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə nazir Oktay Şirəliyev əmr imzalayıb.
Bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi vəzifəsini müvəqqəti icra edən Hüseyn Şahmalıyev baş həkim olaraq təyin edilib.
Qeyd edək ki, xəstəxanasının keçmiş baş həkimi İsmayıl Mirzəliyev bir müddət əvvəl nazirin əmrinə əsasən, işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunub.