Rusiya prezidenti Vladimir Putin Kremldə incəsənət xadimləri ilə görüşü zamanı zarafatından qalmayıb.
Teleqraf.com xəbər verir ki, sənət xadimlərinin mükafatlandırılma mərasimi zamanı Putin dirijor Yuri Başmetlə zarafat edib. O, dirijorun şampan qədəhini alaraq içib.
Prezidentin mətbuat katibi Dmitri Peskov qədəhi Putindən geri alması münasibətilə Başmeti təbrik edib.