7 Aprel 2018 10:30
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi “M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yoluna alternativ yeni yolun tikintisi” layihəsinə texniki nəzarət üzrə məsləhət xidmətlərinin satınalınması ilə əlaqədar açıq tender elan edib.

Agentlikdən Teleqraf.com verilən məlumata görə, tender iştirakçıları müqaviləni yerinə yetirmək üçün lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyənlər 500 manat iştirak haqqını Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplusunu ala bilərlər.

Tender iştirakçılarından tələb olunan sənədlər 19 may 2018-ci il saat 15:00-a qədər bir nüsxədə, tender təklifi isə 11 iyun 2018-ci il saat 17:00-a qədər ikiqat zərfdə bağlanmış və möhürlənmiş şəkildə iki nüsxədə Agentliyə təqdim edilməlidir. Tender zərflərinin açılışı proseduru 12 iyun 2018-ci il saat 17:00-da keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər