Səhiyyə naziri Oqtay Şirəliyev 11 aprel prezident seçkilərində iştirak edib.
Bu barədə Teleqraf.com-a açıqlamasında Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib.
Qurumun rəsmisi qeyd edib ki, nazir prezident seçkilərində səsvermə hüquqndan istifadə edib:
“Oqtay müəllim aprelin 11-də Bakının Səbail 29 saylı Seçki Dairəsinin 6 saylı seçki məntəqəsində səs verib. Azərbaycanın bəzi televiziya kanalları səsvermə anını işıqlandırıb”.
Qeyd edək ki, bəzi saytlarda səhiyyə naziri Oqtay Şirəliyevin 11 aprel prezident seçkilərində səsvermədə iştirak etmədiyi barədə xəbər yayılıb.