11 Avqust 2014 12:04
2 087
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümumilikdə bütün tanınmış şəxsiyyətlər, xüsusən prezidentlər şəxsi həyatlarında baş verənləri ciddi - cəhdlə gizlətməyə çalışırlar. Amma təəssüf ki, bu hər dəfə uğursuzluqla nəticələnir...

Qrasa Simbine və Nelson Mandella

Qrasa Simbine – dünyada yeganə qadındır ki, 2 dəfə 2 müxtəlif ölkənin 1-ci xanımı olub. İlk həyat yoldaşı Mozambikin prezidenti Samora Maşellə 1975- ci ildə evlənib. 1986 -cı ildə Maşel təyyarə qəzası zamanı həlak olur.

1996 ci ildə Cənubi Afrika respubliksının prezidenti Nelson Mandella etiraf edir: artıq uzun illərdir ki, Qrasa Simbine mənim məşuqəmdir.

Bu şok etirafdan 2 il sonra Simbine 80 yaşlı Mandellaya ərə gedir.

Ann Penjo və Fransua Mitteran


Ann Penjo Fransa prezidenti Fransua Mitteranın rəsmi sevgilisi kimi tanınırdı. Cəmiyyət və media bu münasibətlərə normal yanaşırdı.

Mitteran hətta sevgilisini prezident iqamətgahına köçürür. Daha sonra onların qızı dünyaya gəlir.
1995-ci ildə yeni prezident Jak Şirak hakimiyyətə gəlir və qalmaqal baş verir. Şirakın ilk göstərişi Penjonun Yelisey sarayından çıxarılması olur. Bununla da iş bitmir. Mitteranın ailəsi Annı və qızını hətta Mitteranıın yas mərasimində belə iştirak etməyə icazə vermir. Amma ictimai qınaq öz işini görür və Ann Penjo bütün rəsmi mərasimlərdə iştirak edə bilir.

Qalina Kolotnitskaya və Müəmmar Qəddafi


Məşhur WikiLeaksin yaydığı məlumata görə Qəddafinin rus tibb bacısı, 38 yaşlı Qalina Kolotnitskaya ilə romanı olub. Saytın verdiyi informasiyaya görə məhz bu xanım diktatorun ən yaxın adamı olub. Qəddafi onsuz bir addım belə atmırmış.

Kolotnitskayanın ailəsi isə bu məlumatı inkar edərək bildirib ki, onların yalnız dost münasibəti olub.

Alana Qaqloyeva və Mixail Saakşvili


Gürcüstanın eks prezidenti Mixail Saakaşvilinin öz mətbuat katibi Qaqloyeva ilə romantik münasibətləri olması barədə məlumat yayılmışdı. Hətta söz- söhbətə görə Alana Saakaşvilin xanımı Sandra Rullovsla eyni vaxtda hamilə qalır. Nikahdan kənar övladını gizlətmək üçün Saakaşvili sevgilisini ərə verməyə belə cəhd edir. Amma Qaqloyeva razılıq vermir və onu gözlərdən kənar kiçik bir şəhərə köçürürlər. Deyilənə görə Saakaşvili cütlüyünün oğulları dünyaya gələndən sonra bu roman da bitir.

Vera Beyker və Barak Obama


ABŞ prezidenti Barak Obamanın keçmiş sürücüsü jurnalistlərə Obamanın xanımına xəyanət etdiyini açıqlayıb. Onun sözlərinə görə hələ 2004 ildə Obama İllinoys ştatına senator seçilərkən köməkçisi 29 yaşlı Vera Beykerlə romanı olub. Mişel Obama bu məsələdən xəbər tutandan sonra Veranı həyat yoldaşında ayıra bilib. İndi Vera Beyker Martinikdə telekanalların birində işləyir.

Ülkər


Müəllif: