6 İyun 2018 09:15
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vergilər Nazirliyi Əbdüləzimov Rüfət Əlövsət oğluna məxsus 7 ədəd xalçanı vergi borcuna görə hərraca çıxarıb.

“Report” xəbər verir ki, bu barədə məlumat rəsmi mətbuatda dərc edilib.

Hərraca çıxarılan xalçaların ümumi dəyəri 3000 min manat civarındadır. Əmlak Goranboy rayonu, Goranboy şəhəri, yaşayış massivi, 58-ci kvartal ünvanında yerləşir.

Bundan əlavə, Nazirlik fiziki şəxs Əsgərov Anar Məhəmməd oğluna məxsus 5 ədəd paltaryuyan maşını da hərraca çıxarıb. Paltaryuyanların ümumi hərrac dəyəri 2350 manatdır. Əmlak Gəncə şəhəri, Müslüm Maqomayev küçəsi, 1-ci döngə, ev 5 ünvanında yerləşir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər