Bostondakı Birmingem Qadın xəstəxananın mütəxəssisləri duzun çox miqdarda qəbulunun ölüm riskini artırdığını sübut ediblər.
Teleqraf.com xəbər verir ki, bu barədə “Medicalxpress” nəşri məlumat yayıb.
Uzunmüddətli araşdırmada 30-54 yaşları arasında arterial təzyiqi az olan 2974 nəfər iştirak edib. Könüllülərin qəbul etdiyi duzun miqdarı müxtəlif metodlarla öyrənilib. 24 il ərzində iştirakçılardan 272-si ölüb.
Məlum oldu ki, duzun qəbul miqdarı ilə ölüm riski arasında birbaşa əlaqə var. 1200-9000 milliqram diapazonunda natrium xloridin qəbulu ən aşağı və təhlükəsiz səviyyə sayılır.