15 Avqust 2014 15:26
1 359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sələfi liderlərindən olan Əlixan Musayevin anasının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N saylı hərbi hissəsində polkovnik rütbəsi ilə xidmət etdiyi xəbəri yayılıb.


Məlumata görə, Lalə Musayeva qadınların komandiri olub. İddia olunur ki, L.Musayeva orduda vəhhabiliyin təbliğatını aparır. Hətta onun təbliğatından sonra bir qadının həyat yoldaşı ilə birlikdə İŞİD-ə qoşulduğu deyilir.

Publika.az-ın apardığı araşdırmada isə məlum olub ki, Ə.Musayevin anası L.Musayeva deyil, Gülarə Musayevadır.

Onun rütbəsi kapitan olub. Lakin heç vaxt komandir vəzifəsini icra etməyib. Sadəcə olaraq, kapitan rütbəsində hospitalda xidmət keçib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı cavab isə bu şəkildə olub: “Gülarə Musayeva 2002-ci ildə Silahlı Qüvvələrdən kapitan hərbi rütbəsində yaşa görə ehtiyata buraxılıb”.


Müəllif:

Oxşar xəbərlər