21 İyul 2018 21:41
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın www.ouest-france.fr portalında “30 minlik əhalisi olan Ağdam kabus şəhərə çevrilib” sərlövhəli məqalə dərc edilib.

Teleqraf.com xəbər verir ki, məqalədə UEFA Avropa Liqasında mübarizə aparan Ağdamın “Qarabağ” futbol klubu haqqında ətraflı məlumat verilib.

Müəllif klubun doğma şəhəri Ağdamla bağlı maraqlı məqamlara toxunaraq, onun işğal altında olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən müəllif Ağdam şəhərinin strateji əhəmiyyətindən söz açıb. O, Ağdamın buradakı binaların rənginə görə hələ XVIII əsrdə “ağ şəhər” adlandırıldığını yazıb. Ağdamın qədim muzeylərinə dair ətraflı məlumatın verildiyi yazıda müharibə nəticəsində xarabazarlığa çevrilmiş şəhərin “Qafqazın Xirosiması” olduğu diqqətə çatdırılıb.

Ötən il Azərbaycan futbolunun tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən “Qarabağ” klubunun bu il avrokuboklarda mübarizəyə əzmkarlıqla başlaması komandanı yenidən qitənin idman mətbuatının diqqət mərkəzinə çevirib. Bu məqamın xüsusi vurğulandığı yazıda klubun 1993-cü ildən etibarən ev oyunlarını doğma şəhərində keçirə bilməməsi qeyd edilib, Ağdamın “kabus şəhəri”n təmsilçisi olduğu diqqətə çatdırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər