25 İyul 2018 13:04
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi kənd təsərrüfatı texnikaları standartdan geri qalır və ya köhnə avtomobil vasitələridir. Onlarla yola çıxmaq doğru deyil”.

Teleqraf.com xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəsi müavini İbrahim Əliyev sərnişin və yükdaşıma sahəsində yeniliklər, problemlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbirdə çıxışı zamanı belə deyib.

İbrahim Əliyev bildirib ki, nəqliyyat vasitələrinin bu problemi magistral yollarda zaman-zaman nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur: “Avtomobil yolları yenidən qurulur, lakin texnika köhnədirsə, yollarda görülən işlər qəzaların qarşısını ala bilmir. Həm sərnişindaşıma, həm də yükdaşıma ilə bağlı bu istiqamətdə müəyyən təkliflər hazırlamışıq. Həmçinin kənd təsərrüfatı texnikaları sahəsində olan texniki vasitələrlə bağlı da layihə hazırlamışıq”.

İbrahim Əliyev onu da əlavə edib ki, hazırda ölkəmizdə beynəlxalq daşımalarda iş daha yaxşı qurulub: “Bu sahədəki daşıyıcıların qeydiyyatı aparılır,onlara daim təlimlər keçirilir. Beynəlxalq daşıyıcılar təkcə sərnişin deyil, həm də kənd təsərrüfatı məhsulları daşıyır. İlin sonuna kimi bu sahədə yeniliklərimiz olacaq. Bu məsələdə yol hərəkətində təhlükəsizlik vacib məsələdir”.


Müəllif: Gülxar

Oxşar xəbərlər