2 Avqust 2018 12:43
690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərkəzi Afrika Respublikasında (MAR) yerli həkimlər rusiyalı jurnalistlərin cəsədlərində işgəncə əlamətləri aşkar etməyiblər, ancaq odlu silah yaraları tapılıb.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova deyib.

Zaxarova bu barədə Rusiyanın MAR-dakı səfirliyinin məlumatlandırıldığını bildirib.

Mariya Zaxarova qurbanların yaxınlarına lazımi yardımın ediləcəyini bildirib.

Rusiya Federasiyasının İstintaq Komitəsi hadisə ilə əlaqədar cinayət işi açıb.

Qeyd edək ki, iyulun 31-də azərbaycanlı jurnalist Orxan Camalın da olduğu daha 2 rusiyalı jurnalist Kirill Radçenko və Aleksandr Rastorquyev MAR-da qətlə yetiriliblər.

Jurnalistlər MAR-a sənədli film çəkilişləri üçün getmişdilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər