Bu gün Bakının bir neçə rayonu qazsız qalacaq
"Azəriqaz" İstehsalat Birliyindən Teleqraf.com-a verilən məlumata görə, "Qaz İxrac" İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri ilə əlaqədar paytaxtın bir neçə rayonunda qaz verilişində fasilələr olacaq.
Fasilələr yeni çəkilmiş diametri 530 mm-lik Əzizbəyov dairəsi Modul "30-cu sahə Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 294 metrlik və 325 mm-lik, "30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 125 metrlik hissəsinin mövcüd şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.
Native Video by Adributor
Qaz məhdudiyyəti saat 10:00-dan təmir işləri tamamlananadək davam edəcək. Bu müddət ərzində Bakı şəhəri Nizami, Xətai və Nərimanov rayonlarının bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.
Görülən zəruri təmir işlərinin Sabunçu rayonu Bakıxanov qəsəbəsinin də bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.
"Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.