18 Avqust 2014 21:05
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Nəsimi rayonunda döyüş sursatı aşkar olunub.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib.

Nazirliyin mütəxəssisləri aşkarlanmış sursatlara baxış keçirib. Müəyyən olunub ki, bunlar 1 ədəd LQ-42 markalı əl qumbarası, 1 ədəd trotil şaşkası və 51 santimetr detonasiya qaytanıdır. Aşkar edilmiş hərbi sursatlar müvafiq qaydada mütəxəssislər tərəfindən zərərsizləşdirilib.

Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilmiş digər partlayış təhlükəli silah və sursat aşkar edilməyib.


Müəllif: