18 Avqust 2018 07:18
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Audio və videotexnika üzrə Avropa jurnalları Assosiasiyası (EISA) “Huawei P20 Pro” modelini 2018-ci ilin ən yaxşı smartfonu adlandırıb.

Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, ekspertlər sözügedən smartfonu bazarda təqdim edilmiş bütün modellər arasında "ən qabaqcıl, innovativ və texniki cəhətdən mükəmməl" adlandırıblar. “Leica” şirkətinin istehsalı olan intellektual tənzimləmə sisteminə malik üç qat kamera xüsusi diqqət çəkir.

Təşkilatın nümayəndələri, həmçinin ən yaxşı ucuz telefonun adını açıqlayıblar. Bu, “NOA Element N10” modeli olub.

EISA 19 ölkədən audio və videotexnika sahəsində 50-yə yaxın ixtisaslaşmış nəşri özündə birləşdirir. "EISA Awards" mükafatı hər il müstəqil ekspertlərin qərarı əsasında təqdim olunur.


Müəllif: Teleqraf.com