21 Avqust 2018 21:39
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovun Belarus Respublikasına rəsmi səfəri başlayıb.

Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, ilk olaraq general-polkovnik N.Sadıkovun rəhbərlik etdiyi nümayəndə heyəti “Qəhrəman Brest qalası” memorial kompleksini ziyarət edərək burada Əbədi məşəlin önünə əklil qoyub.

Səfər çərçivəsində Azərbaycanla Belarus arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.


Müəllif: Teleqraf.com