“Türk Hava Yolları” (THY) aviaşirkəti sentyabrın 6-dan etibarən İstanbulun Sabiha Gökçen beynəlxalq aeroportuna uçuşları bərpa edir.
Aviaşirkətin Bakı nümayəndəliyindən Teleqraf.com-a verilən məlumata görə, “Türk Hava Yolları” Bakıdan sözügedən hava limanına uçuşlara 2015-ci ilin martın 15-də başlayıb və 2016-cı ilin payızında dayandırıb. İstanbulun Sabiha Gökçen beynəlxalq aeroportuna uçuşlar həftədə 3 dəfə yerinə yetiriləcək. İstanbuldan Bakıya uçuşlar həftənin IV, VI və VII günləri saat 21:15-də, Bakıdan İstanbula isə həftənin I, V və VII günləri saat 03:55-də həyata keçiriləcək.
Qeyd edək ki, hazırda “Türk Hava Yolları” aviaşirkəti İstanbuldan Bakıya gündə 4 reys, həftədə 28 reys üzrə uçuşlar yerinə yetirir. Sabiha Gökçen hava limanına uçuşların bərpa edilməsi ilə həftəlik uçuşlarının sayı 31-ə çatacaq.
“Türk Hava Yolları”nın uçuş cədvəli ilə bağlı məlumatı aviaşirkətin rəsmi saytında www.turkishairlines.com, satış ofislərində və ya məlumat mərkəzi ilə əlaqə saxlayaraq (+994 12) 404-88-49 əldə etmək mümkündür.