5 Sentyabr 2018 10:20
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il Azərbaycanda 30 min nəfər narkotik istifadəçisi kimi qeydiyyata alınıb.

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu barədə Respublika Narkoloji Dispanserdən bildirilib.

Qeyd olunub ki, son vaxtlar ən qorxulu sosial bəlalardan olan narkotik vasitə istifadəçilərinin say çoxluğu ciddi narahatlıq doğurur.

Məlumata əsasən, istifadəçilər arasında 18-25 yaş arasında olanlar üstünlük təşkil edir. Təhlükəli bəlaya düçar olan 5 azyaşlı narkotik istifadəçisi də qeydiyyata alınıb, lakin onlar yaşının azlığına görə cinayət məsuliyyətinə cəlb olunmayıblar.

Qeyd edək ki, son iki ildə həmin siyahıda qadınların sayında artım müşahidə edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər