17 Sentyabr 2018 23:30
926
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə SAY hərəkatının 7-ci fəaliyyəti olan “Azərbaycan Gənclərinə Dəstək- Könüllülər Düşərgəsi (SAY:Cümhuriyyət)” layihəsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, SAY hərəkatının yeddinci fəaliyyəti çərçivəsində təşkil olunan layihə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

6 gün davam edən düşərgədə açıq hava şəraitində qurulan çadırlarda qalan gənclər “Komanda quruculuğu”, “Cümhuriyyət tarixi” kimi təlim və seminarlarda iştirak edib, sağlam həyat tərzinin təbliği olaraq voleybol, ipdartma, maneəli qaçış kimi idman oyunları, komandalar arasında müxtəlif intellektual yarışlar keçirilib.

Layihə iştirakçıları "Nə? Harda? Nə zaman?", "Xəmsə", "Vətəni tanı" oyunlarında öz intellektual biliklərini sınayıblar. Komandalar arasında simulyasiya keçirilib. Simulyasiyanın mövzusu "Paris sülh konfransı" olub. Komandalar müxtəlif dövlətləri təmsil edib və müzakirələr aparıblar.

“İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov iştirakçılar ilə görüş keçirib. Hər zaman dövlət gənclər siyasətini dəstəklədiklərini, Azərbaycanda könüllülük hərəkatının gənclərimizin yüksək fəallıq nümayiş etdirdiyi sahələrdən olduğunu vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər