25 Sentyabr 2018 08:17
997
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məlum olduğu kimi İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə əlavə edilən bəndə görə tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək. Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.

Cərimələrin hüquqi cəhətdən tənzimlənməsinə gəlincə, hüquqşünas Tural Süleymanov Teleqraf.com-a deyib ki, müvafiq qurumlar inzibati protokol tətbiq etməklə vətəndaş cərimələnəcək: “Qəbul olunan bu dəyişiklik, mütərəqqi bir qanundur, insanların həyat və sağlamlığının qorunması, ekoloji təmizlik baxımından təbii ki təqdirə layiq haldır. Hətta cərimələr bundan da artıq olmalıdır.

Beynəlxalq praktikanı götürsək Avropanın bütün inkişaf etmiş ölkələrində bu qanunlar çoxdan qəbul edilib, bu tipli qanunlar üçün daha yüksək tipli cərimələr tətbiq olunur”.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər