29 Sentyabr 2018 01:35
1 498
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə Goranboyda 8-ci sinif şagirdinin "hell" içkisindən ölməsi ilə bağlı xəbər böyük ajiotaj doğurdu. Sonradan iddiaların təkzib olunmasına baxmayaraq mövzu aktuallığı daha da artıb.

Qeyd edək ki, insan orqanizminə ciddi zərərləri olduğuna görə Fransa, Danimarka, Norveç və Uruqvayda enerji içkilərinin satışı tam qadağan edilib. Almaniyada isə 2009-cu ildə enerji içkilərində kokain aşkarlandığına görə birbirmənalı qadağa tətbiq edilib. Küveytdə isə 16 və 21 yaşlı iki şəxsin məhz enerji içkisindən ölməsi təsdiqləndiyi üçün qadağan edilib. bir çox ölkələrdə isə bu bu içkilərin satışında yaş məhdudiyyəti var. Belə ki, Böyük Britaniyada,Litva və Latviyada içkilərin 16 yaşından aşağı şəxslərə satılması qadağandır.

İstər Gornaboyda baş verən hadisə, istərsə də dünya təcrübəsi Qida Təhlükəsizliyi Agentliyinin bu məsələyə daha həssas yanaşmasını tələb edir. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisi Günel Məlikzadə bildirir ki, enerji içkilərinin tərkibində olan 3 maddə hər bir şəxs üçün həkim tərəfindən təyin olunan müəyyən normadan artıq olarsa insan sağlamlığında ciddi fəsadlara səbəb ola bilər.

Agentliyin nümayəndəsi bildirir ki, hər bir enerji içkisinin üzərində istehlakçıların başa düşə biləcəyi bir dildə onun tərkibi haqqında məlumat olmalıdır. Ancaq biz ölkədə satışda olan bəzi hell içkisi qablarının üzərində bunu görə bilmirik.

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi onu da bildirir ki, xüsusilə məktəblilər üçün bu içkidən istifadə etmək ümumiyyətlə yolverilməzdir. Amma gəl gör ki bizdə satışda olan bu içkilərin üzərində heç yaş məhdudiyyətini göstərən xəbərdarlıq da yoxdur.

Hazırda ictimaiyyət tərəfindən adı daha çox hallanan "hell" enerji içkilərinin Azərbayacn nümayəndəliyindən bildirirlər ki, satışda üzərində macar dilində yazı olan içkilərin onlara aidiyyatı yoxdur. Azərbaycanda olan rəsmi distrubuterin gətirmiş olduğu bütün "hell" enerji içkilərininn üzərində Azərbaycan dilində məlumat yerləşdirilib. Bu içkilər bütün beynəlxalq qida təhlükəsizliyi standartlarına cavab verir. O ki qaldı yaşla bağlı məhdudiyyət məsələsinə nümayəndəlikdə hesab edirlər ki, uşaqlara istifadəsi tövsiyyə edilməməsi ilə bağlı qutunun üzərindəki xəbərdarlıq bu tələbə cavab verir. Yəni uşaq yaşı yerli qanunvericilikdə əksini tapıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər