Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Gənclər Siyasəti üzrə I Qlobal Forumun keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edilib.
Teleqraf.com rəsmi dövlət informasiya agentliyi AzərTAc-a istinadən xəbər verir ki, sərəncamda I Qlobal Forumun yüksək səviyyədə keçirilməsini təmin etmək üçün aidiyyəti dövlət qurumlarının iştirakı ilə Gənclər və İdman Nazirliyi nəzdində Təşkilat Komitəsinin yaradılması, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə işləyəcək könüllülərin cəlb edilməsi və təşkil olunması, xarici kütləvi informasiya vasitələri nümayəndələrinin akkreditasiyası, forumun yerli KİV-lərdə işıqlandırılması, tədbirin keçirildiyi günlərdə mədəni proqramın və şəhərdaxili turların təşkili və digər məsələlər nəzərdə tutulub.
Xatırladaq ki, forum bu il oktyabrın 28-30-da Bakıda keçiriləcək.
Səxavət