5 Oktyabr 2018 18:29
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ovlanması qadağan edilən balıq növlərinin adlarını barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, məlumata görə, Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na daxil olan və ovu qadağan edilmiş balıqlar dəniz sıfı, qaya balığı (kələmo), zərdəpər, poru, qızılxallı, qılıncbalıq, şirvan külməsi, xəzər şirbiti, xəzər qızılbalığıdır.

Azərbaycanın su hövzələrində qanunvericiliklə ovu qadağan edilmiş balıqlar nərə, bölgə, uzunburun balığıdır.

Qeyd edək ki, ovlanmasına icazə verilən balıqlar üçün rüsum haqqı bir ton kütüm, şamayı, xəşəm, xərçəngkimi balıq növlərinin ovu üçün 287 manat, çəki, sıf növləri üçün 230, siyənək 143,75, kilkə 57,50, kefal, çapaq, külmə, qarasol və digər balıq növləri üçün 115 manatdır.


Müəllif: Aytən Yusifova

Oxşar xəbərlər