Mövsümlə bağlı xəstəliklər yavaş-yavaş artmaqdadır, şəhərdə qoruyucu maska ilə gəzənlərin sayı artır.
Teleqraf.com xəbər verir ki, bu sözləri pediatr Vaqif Qarayev deyib.
Onun sözlərinə görə, əgər bunu başqalarını yoluxdurmamaq üçün edirsinizsə, alqışlanası, imic xatirinə edirsinizsə, mənasız məşğuliyyətdir: “Virus infeksiyalarından qorunmaq üçün ilk növbədə əllər təmiz olmalıdır. Uşaqların əllərini tez-tez yuyun ki, xəstələnməsin.
Uşaqlarınız iqlim imkan verdikcə, təmiz havada olsunlar. Çox isti geyindirməyin, uşağın ağız-burnunu bağlamayın, insanların sıx toplaşdığı məkanlara aparmayın. Bol maye və meyvə-tərəvəz qəbul eləsinlər.
Valideynlər də, bağça işçiləri də bilməlidir ki, xəstə uşaqlar bağçaya getməməlidir. Bu zaman həm özləri gec sağalır, həm də başqalarını xəstəliyə yoluxdururlar”.