12 Oktyabr 2018 07:18
771
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı pisləşib.

Teleqraf.com xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Onun sözlərinə görə, bu gedişlə yaxın 10 ildə əhalinin təbii artımı olmayacaq:

“1989-cu illə müqayisədə Azərbaycanın əhalisi 40,7 faiz artıb, gürcülər 31,44 faiz, ermənilər isə 9,12 azalıb. Lakin, 2011-ci ildən başlayaraq ölkəmizdə əhalinin artım tempi aşağı düşür. Belə ki, 2011-ci əhalinin təbii artımı 122310 nəfər, 2012-ci ildə 119452, 2013-cü ildə 118288, 2014-cü ildə 114855, 2015-ci ildə 111513 nəfər, 2016-cı ildə 102816 nəfər, 2017-ci ildə 86932 nəfər olub.

Azərbaycanda ümumi nəsilvermə (fertillik) əmsalı isə təqdim olunan dövrdə 2,4-dən 1,9-a düşüb. Fertillik -ümumi nəsilvermə əmsalı olmaqla reproduktiv dövr (15-49 yaşlı) ərzində bir qadının orta hesabla neçə uşaq doğa bildiyini göstərir. Bu isə o deməkdir ki, bu templə davam edərsə bir neçə yaxın 10 ildə Azərbaycanda əhali artımı olmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər