Pakistanda rekordlar kitabına düşmək istəyən bir gənc bir dəqiqə ərzində stol üzərinə düzülmüş 247 qozu başı ilə qırıb.
Teleqraf.com xəbər verir ki, Məhəmməd Rəşid Nəsəm adlı gənc rekord qazanmaq üçün qoza çırpılan başından tökülən qana fikir verməyib.
O, 50 fərqli dünya rekordunu qırmağı hədəfləyib.
Qeyd edək ki, daha öncə 20 saniyədə 217 qoz qıran bir hindistanlı Ginnesin Rekordlar Kitabına düşmüşdü.