25 Oktyabr 2018 02:19
468
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın Binəqədi rayonundakı məcburi köçkün qəsəbəsində iməclik keçirilib.

Teleqraf.com xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nəzdindəki Mənzil İstismar Departamentinin təşəbbüsü ilə keçirilən iməclikdə yerli istismar sahəsinin işçiləri, qəsəbə sakinləri, həmçinin ərazidəki Zəngilan rayon 4 saylı tam orta məktəbin müəllim və şagird kollektivləri iştirak ediblər.

Bir neçə saat davam edən iməclik zamanı qəsəbədə təmizlik işləri aparılıb, istirahət zonaları səliqəyə salınıb, yaşıllıq ərazidəki tullantılar yığılıb, ağaclar budanıb, səki daşları ağardılıb və s. işlər görülüb.
Xatırladaq ki, ərazisi 3 hektar olan qəsəbədə hər biri 63 mənzilli doqquzmərtəbəli beş, 54 mənzilli bir yaşayış binasında ümumilikdə 369 məcburi köçkün ailəsi yaşayır. Qəsəbədə qazanxana, nasosxana, transformator yarımstansiyası xidmət göstərir. Mənzillər telefon rabitəsi, su və qaz təchizatı ilə təmin olunub.

Mənzil İstismar Departamentindən bildiriblər ki, oktyabrın 27-də Ramana qəsəbəsindəki “Şuşa” şəhərciyində də iməclik keçiriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər