Azərbaycan himni toxunulmaz abidədir, buna toxunmaq olmaz.
Teleqraf.com xəbər verir ki, bunu Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deyib.
Onun sözlərinə görə, Azərbaycan himnini dəyişdirməyi təklif edənlər digər ölkələrin himnləri ilə tanış olmalıdır:
“Bu məntiqlə (himnin mətninin uzun və mürəkkəb olması səsəbindən redaktə olunması və qısaldılması) Qız qalasının dar, dolanbac pilləkənlərini söküb yerinə lift quraşdırmaq olar. Çünki müasir dövrün tikinti tələblərinə cavab vermir. Himn abidədir. Abidənin konstruksiyası müasir tələblərə cavab verməsə belə ona toxunmazlar. Çünki abidədir. Bu baxımdan hörmətli deputatların və digər ictimai xadimlərin himnimizlə bağlı dedikləri həqiqət olsa belə ona toxunmaq olamaz.
Bir daha tövsiyə edirəm ki, başqa xalqların himnlərinin mətni ilə tanış olsunlar, xüsusilə Marselyoza ilə”.
Qeyd edək ki, deputat Tahir Kərimli Azərbaycan himninin dəyişdirilməsini təklif edib.
Himnimizin uzun və anlaşılmaz olduğunu deyən deputatın fikirləri rezonans yaradıb.