Sabirabad 12 saylı Regional Hesablaşma idarəsinin rəisi Elxan Əsədov vəzifəsindən azad edilib.
İdarədən Modern.az-a bildirilib ki, artıq Elxan Əsədovun yerinə təyinat da olub.
"Bir müddət əvvəl Təhsil naziri Ceyhun Bayramovun əmri ilə Sabirabad 12 saylı Regional Hesablaşma idarəsinin rəisi Elxan Əsədov işindən azad edilib. Elxan Əsədovun yaşla əlaqədar işinə xitam verilib. Nazirin digər əmri ilə artıq idarəyə yeni rəis də təyin olunub. İdarənin yeni rəisi Üzeyir Qasımovdur”.