Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com-un məlumatına görə, sərəncamla Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar elm xadimi”
Quliyev Hətəm Hidayət oğlu
“Əməkdar mühəndis”
Babazadə Oqtay Baba oğlu
İsrafilov Yusif Həbib oğlu.
Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif ediliblər:
“Şöhrət” ordeni ilə
Əliyev Adil Abas Əli oğlu
“Tərəqqi” medalı ilə
Abdullayeva Rasimə Rəşid qızı
Biryukova Larisa Nikolayevna
Rzayev Azay Qurbətoviç
Vəliyev Zəki Abdulla oğlu
Vəliyeva Vəsilə Aslan qızı
Zöhrabova Vəcihə Ramazan qızı.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Azərbaycanda geologiya və geofizika elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər:
Kəngərli Tələt Nəsrulla oğlu
Muxtarov Abdulvahab Şərif oğlu.