16 Noyabr 2018 13:25
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər dəfə xarici səfərdən qayıdanda gömrük işçilərinin diqqətini yük baqajımda çox sayda kitabın olması çəkir. Yaxınlaşıb hörmətlə soruşurlar ki, Fazil müəllim, bu qədər kitabı hər dəfə əziyyətlə xaricdən necə daşıyırsınız? Daha bundan sonra kimsə belə bir sual verməz.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fazil Mustafa dünən Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun 2 tonluq şərabı İspaniyaya aparması barədə yayılan xəbərlərə eyham vuraraq bildirib.

“Məsləhətlisi əziyyətlə də olsa, kitab daşımaqdır. Uca yaradan boşuna şərabı haram saymayıb ki? İlk ayəsi də boşuna “Oxu!” olmayıb ki...”, - deyə deputat əlavə edib.


Müəllif: Leyla