16 Noyabr 2018 23:42
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin yeni yaşıllıqların salınması ilə bağlı verdiyi tövsiyə və tapşırıqlara uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Hər ailə ağac əksin” şüarı altında başlanan aksiya artıq ənənəvi hal alıb. Aksiya Şəmkir, Tovuz, Quba, Şabran, Şirvan, Bərdə, Cəlilabad rayonlarında, Gəncə, Sumqayıt, Şəki şəhərlərində və Bakı şəhərinin Türkan və Binə qəsəbələrində davam etdiriləcək.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, aksiya noyabrın 17-də Sumqayıtda “Kimyaçı” mədəniyyət sarayının , Şəmkir, Bərdə, Cəlilabad, Tovuz, Quba, Şirvanda şəhər bələdiyyələrinin qarşısında saat 10:00-dan 12:00-dək, Gəncədə Kəpəz bələdiyyəsinin, Şəki və Şabranda şəhər bələdiyyələrinin qarşısında saat 12:00-dan 14:00-dək, Binə qəsəbəsində icra nümayəndəliyinin və Türkan qəsəbəsində mədəniyyət evinin qarşısında saat 14:00-dan 16:00-dək keçiriləcək və vətəndaşlara müxtəlif ağac tingləri paylanılacaq.

Həmçinin kampaniya həmin gün “Bir şagird bir ağac əksin və qorusun” şüarı altında nazirliyin dəstəyi ilə məktəblərdə də təşkil ediləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanı yaşıl diyara çevirmək məqsədilə Bakıda və Abşeronda, eləcə də respublikamızın bölgələrində hər kəsi ağac əkməyə və payız əkini kampaniyalarına qoşulmağa çağırır.


Müəllif: Aytən