20 Noyabr 2018 17:49
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Ekologiya Nazirliyinin Təhlükəli Tullantılar Poliqonunda Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən mənşəyi məlum olmayan, insan orqanizmi üçün zərərli, istehlaka yararsız 2.5 ton heyvan cəmdəyi məhv edilib.

Agentilikdən Teleqraf.com-a verilən məlumata görə, malların məhv edilməsi prosesində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları ilə yanaşı media nümayəndələri də iştirak ediblər.

Qeyd edək ki, bir müddət öncə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və müvafiq qurumların əməkdaşları tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yerləşən satış məntəqələrində ayrı-ayrı şəxslər tərəfindən müxtəlif regionlardan gətirilən mənşəyi məlum olmayan kəskin qoxulu 2.5 ton heyvan cəmdəyi aşkar edilmişdi. Bununla əlaqədar olaraq, hüquq-mühafizə orqanları tərəfindən aidiyyəti tədbirlər həyata keçirilmişdi. Məhsuldan götürülən nümunələr üzərində aparılan laborator müayinələr nəticəsində həmin ətin insan orqanizmi üçün zərərli və istehlak üçün yararsız olduğu müəyyən edilmişdi.


Müəllif: Aytən

Oxşar xəbərlər