Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Mərkəzi Gömrük Hospitalı daha bir yeniliyə imza atıb.
Teleqraf.com saytına verilən məlumata görə, Hospitalın Urologiya şöbəsində prostat vəzin xoşxassəli hiperplaziyaları zamanı respublikada ilk dəfə olaraq «TuliumLazer»lə prostatektomiya əməliyyatlarına başlanıb.
Tibbin ən son texnalogiyaları içərisində yer alan «Tulium Lazer» cihazı bu xəstəlikdən əziyyət çəkənlərin minimal fəsad riski ilə qansız və kəsiksiz müalicə olunmasına imkan verir.
Bu cihaz vasitəsilə prostat vəzinin adenomasını, yəni böyümüş toxumanı buxarlandıraraq xaric olunması aparılır və bu əməliyyat dövrünün qısa olması, qan itkisinin olmaması ilə seçilir. Əməliyyat qansız aparıldığına görə xəstə qan itirmir.
Tulium Lazer aparatı ölkəmizə İtaliyadan gətirilib və hospitalın mütəxəssislərinə yeni üsulun tətbiqi üçün xaricdə xüsusi treninqlər keçirilib.