23 Noyabr 2018 09:53
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Mühəndislik Universitetində (BMU) “Tələbələrin fövqəladə hallara hazır olması daim diqqət mərkəzindədir” adlı maarifləndirmə tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, universitetin prorektoru Yavər Məmmədov mövzunun aktuallığından və Fövqəladə Hallar Nazirliyinin (FHN) bu sahədəki rolundan danışıb. Bildirilib ki, BMU-da bu sahəyə xüsusi diqqət yetirilir, bütün binalar lazımi avadanlıqlarla təmin edilib.

FHN-nin Sumqayıt Regional Mərkəzinin nümayəndəsi Emin Ramazanov və Mərkəzin əməkdaşları tədbir iştirakçılarına fövqəladə halların növləri, təbii fəlakətlər və fövqəladə hallara necə hazır olmalı kimi mövzularda məlumat veriblər.

Tədbirdə mövzu barədə videoçarxlar izlənilib, tələbələrin sualları cavablandırılıb.


Müəllif: Aytən

Oxşar xəbərlər