27 Noyabr 2018 20:28
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyinin mütəxəssisləri tərəfindən səhiyyə sisteminin növbəti illərdə inkişaf istiqamətlərinə dair hazırlanmış təkliflər İcbari Tibbi Sığorta Agentliyinə göndərilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, son 10 il ərzində bu sahədə çox əhəmiyyətli qanunvericilik bazası yaradılıb, dövlət proqramları qəbul edilib, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnika və texnologiyaların tətbiqi, köklü kadr islahatları kimi geniş miqyaslı tədbirlər həyata keçirilib:

"Səhiyyə sahəsində mövcud inkişaf tendensiyaları Azərbaycanda səhiyyənin daha da gücləndirilməsi və qabaqcıl səhiyyə sistemlərindən birinə çevrilməsi zərurətini yaradır".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər