Bir neçə gün öncə intihar edən gənc müğənni Suranın yeni şeiri yayılıb.
Teleqraf.com-un məlumatına görə, gənc ifaçının şeirini duet ortağı, əməkdar artist Tünzalə Ağayeva sosial şəbəkədə paylaşıb:
“Suranın (Rəbbim məkanını cənnət etsin) mənə hədiyyə etdiyi şeir dəftərindən bir parça:
“Heç nə gözləmədən yaşayacaqsan! 1 tikə çörək,
1 bardaq çay bəs edəcək sənə 1 günlük yaşamaqçün.
Heç nə gözləmədən yaşayacaqsan
Tanrıdan bir parça sənsənmiş kimi.
Üsyan etmədən 1 özgəsinə.
Özünü mükəmməl və sonsuz hiss edərək,
bağışlayaraq içindəki gücü özünə,
əfv edərək bütün səhvləri və hüzünləri
Səmimi 1 təşəkkür edərək öz əksinə güzgüdə,
Gözlərinin dərininə sevgiylə baxacaqsan!
Yaşayacaqsan!
Heç nə gözləmədən yaşayacaqsan!
Ən yaxın dostları belə!
Öncə sən sevgini verəcəksən ona,sonra alacaqsan.
Bir sevgilinmi olacaq?
Yenə gözləməyəcəksən heç nə.
Sən öncə özünlə xoşbəxt olacaqsan.
Özünə yetməyi bacaracaqsan.
Onun varlığına bağlansan əgər yarımçıq qalacaqsan.
Sən yalnız sən olduqca O da yanında var olacaq.
Heç nə gözləmədən yaşayacaqsan…”