4 Dekabr 2018 14:51
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) paytaxtın məktəbəqədər təhsil müəssisələri və uşaq evlərinin rəhbərlərinin iştirakı ilə bu müəssisələrdə təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi və digər məsələlərə həsr olunan seminar-müşavirə keçirilib.

Müşavirəyə sədrlik edən Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev məktəbəqədər təhsil müəssisələri barədə məlumat verib.

İclasda Bakıdakı bəzi bağçalarda məcburi köçkünlərin məskunlaşması ilə bağlı yaranan problemlər, gələcəkdə uşaq bağçalarına olan tələbatın ödənilməsi üçün görülən əlavə tədbirlər nəzərdən keçirilib.

Paytaxtdakı məktəbəqədər təhsil müəssisələrində vəziyyət və mövcud problemlərin aradan qaldırılması ilə bağlı Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin rəis müavini Teymur Mehdiyev, Təhsil Nazirliyinin sektor müdiri Nərminə Ağayeva, bir sıra uşaq bağçalarının rəhbərləri çıxış edərək görülən işlərdən danışıb, problemlərlərin həlli ilə bağlı təkliflərini veriblər.

Sonda toplantı iştirakçılarının sualları cavablandırılıb./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər