26 Avqust 2014 12:33
751
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın rabitə naziri ilə Rusiyanın nazir müavini görüşüb

Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Rusiyanın rabitə və kütləvi kommunikasiyalar nazirinin müavini Rəşid Rüstəm oğlu İsmayılovla görüşüb.

Teleqraf.com-a Rabitə və Yüksək Nexnologiyalar Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumata görə, görüş zamanı nazir Əli Abbasov Rəşid İsmayılova öncə bildirib ki, keçmiş SSRİ dövründən sonra Rusiya Federasiyasında yüksək posta azərbaycanlı əsilli kadrın təyinatı qürurvericidir. Əli Abbasov hər iki ölkə arasında yüksək səviyyədə qurulan ikitərəfli əlaqələrin ilbəil möhkəmləndiyini diqqətə çatdırıb. Bu münasibətlərin səmimi dostluq, mehriban qonşuluq prinsipləri üzərində möhkəm bazaya əsaslandığını bildirən nazir əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən informasiya-kommunikasiya texnologiyaları sahəsində genişləndirilməsi, eyni zamanda sərmayə qoyuluşu üçün böyük potensialın olduğunu qeyd edib.

İki ölkə arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Rəşid İsmayılov Azərbaycan və Rusiya dövlət başçılarının yaxın münasibətləri fonunda formalaşmış bu əlaqələrin nazir müavini kimi fəaliyyəti dövründə daha da möhkəmləndirilməsi üçün səylə çalışacağını bildirib. Bakıda keçirilən Regional Rabitə Birliyinin Beynəlxalq əməkdaşlığın koordinasiyası üzrə Komissiyasının 29-cu iclasına sədrlik edən Rəşid İsmayılov münasibətlərin gələcək inkişaf yollarına da nəzər salaraq, qarşılıqlı investisiya yatırımları üzrə fəallığın artırılmasının vacibliyini vurğulayıb.

Daha sonra görüşdə rabitə və İKT sahəsi üzrə qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub, Azərbaycanla Rusiya arasında əməkdaşlığın yeni mərhələləri ətrafında fikir mübadiləsi aparılıb.

SEVİL


Müəllif:

Oxşar xəbərlər